Millimiz Belarus yığmasını yenə məğlub etdi

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə növbəti yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, "ABU Arena"da keçirilmiş oyunda millimiz 2:1 hesabı ilə qalib gəlib. Yığmamızın hər iki qolunu Rafael Durval vurub.

Xatırladaq ki, bu komandalar arasında avqustun 31-də keçirilmiş oyun millimizin 5:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə