Azərbaycan - Xorvatiya oyununa nə qədər bilet satılıb?

AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan və Xorvatiya milliləri arasında keçiriləcək oyuna bilet satışı davam edir. SİA-nın məlumatına görə, bu günə qədər sözügedən matça 8 000 bilet satılıb. Görüş saatına qədər bu göstəricinin daha da artması istisna deyil.

Qeyd edək ki, Azərbaycan - Xorvatiya matçı sentyabrın 3-də "Bakcell Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə