“Vest Hem Yunayted” daha 3 futbolçu ilə razılığa gəlib

“Vest Hem Yunayted” daha 3 futbolçu ilə razılığa gəlib

İngiltərənin "Vest Hem Yunayted" klubu transfer müddətinin son günü daha 3 futbolçu ilə razılığa gəlib. SİA-nın məlumatına görə, bunlar "Barselona"nın futbolçusu Aleks Sonq, "Çelsi"inin üzvü Viktor Mozes və "Hall Siti"nin oyunçusu NikicaYelaviçdir. Sözügedən klub Viktor Mozes və Aleks Sonqu mövsüm sonuna qədər icarəyə götürüb, NikicaYelaviç ilə isə 2+2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, bundan başqa, yay transfer mövsümündə daha 7 futbolçunu heyətinə qatan "Vest Hem Yunayted" İngiltərə Premyer liqasında 6 xalla 8-ci pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə