Millimiz qələbə qazanıb

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə yoxlama oyunu keçirib. SİA-nın məlumatına görə, "ABU Arena"da keçirilən oyunda millimiz 5:2 hesabı ilə qalib gəlib. Vitali Borisovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Eduardo Mello, Amadeo Fernandes və Samir Həmzəyev fərqlənib.

Bu komandalar arasında növbəti oyun sabah - sentyabrın 2-də keçiriləcək. "ABU Arena"da təşkil olunacaq görüş saat 20:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə