“Qəbələ”nin rəqibi heyətini gücləndirdi

"Qəbələ" klubunun Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən "Borusiya Dortmund" heyətini yeni futbolçu ilə gücləndirib. SİA-nın məlumatına görə, almanlar "Mançester Yunayted"in gənc futbolçusu Adnan Yanuzayı mövsüm sonunadək icarəyə götürüb. Futbolçu yeni klubunda 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, belçikalı futbolçu ötən mövsüm "qırmızı şeytanlar"ın heyətində 21 matça çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə