"Sumqayıt" "Qaradağ Lökbatan"la yoxlama oyunu keçirəcək

Topaz Premyer Liqasının 4-cü turunda "Kapital Bank Arena"da elitanın debütantı "Zirə" ilə qarşılaşacaq "Sumqayıt" futbol Klubu hazırlığını davam etdirir. SİA-nın məlumatına görə, milli komandanın oyunları səbəbindən liqada yaranmış fasilə ilə əlaqədar olaraq Aqil Məmmədovun komandası "İnter"lə yoxlama oyunu keçirməli idi. Lakin bu oyun müəyyən səbəblərdən baş tutmayacaq. "Sumqayıt" FK "Qaradağ Lökbatan" ilə qüvvəsini sınayacaq. Həmin oyun sentyabrın 2-də saat 18:00-da "Kapital Bank Arena"da keçiriləcək.

Qeyd edək ki, 4-cü turda "Zirə" ilə Sumqayıtda baş tutacaq qarşılaşma sentyabrın 13-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə