“Vest Hem Yunayted” “Çelsi”nin futbolçunu icarəyə götürmək istəyir

“Vest Hem Yunayted” “Çelsi”nin futbolçunu icarəyə götürmək istəyir

İngiltərənin "Vest Hem Yunayted" klubu heyətini daha bir futbolçu ilə gücləndirməyi planlaşdırır. SİA-nın məlumatına görə, klub "Çelsi"nin nigeriyalı futbolçusu Viktor Mozezi icarə əsasında heyətinə qatmaq istəyir. "Vest Hem Yunayted" bununla bağlı qarşı tərəfə təklif göndərib və cavab gözləyir.

Qeyd edək ki, Mozez bundan əvvəl "Stok Siti" və "Liverpul" klublarında da icarə əsasında oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə