Milli komandaların qarşıdakı seçmə mərhələdə keçirəcəyi oyunlarla bağlı Premyer Liqada yaranan fasilə müddətində "Xəzər Lənkəran" hazırlığını Lənkəranda davam etdirir. SİA-nın məlumatına görə, komanda son 4 gündə sutka ərzində iki dəfə məşq edib. Məşqlərdə milli komandaların düşərgəsinə çağrılan Rahid Əmirquliyev, Ruslan Abışov, Vüqar Nadirov, Elnur Cəfərov və U-21 millimizə dəvət alan İlyas Səfərzadə ilə Orxan Əliyev iştirak etmir. Komanda sentyabr ayının 2-də əvəzedici heyətlə yoxlama xarakterli oyun keçirərək fasilə müddətindəki hazırlığın ilk mərhələsini yekunlaşdıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB