Türkiyənin "Qalatasaray" klubu müdafiəçi axtarışındadır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub "Arsenal"da əsas heyətə düşə bilməyən müdafiəçi Coel Kempbeli transfer etmək istəyir. "Arsenal" klubu da futbolçunun getməsinin əleyhinə deyil. "Topçular" kosta-rikalı cinah müdafiəçisi üçün "cim-bom"dan 7 milyon avro istəyir.
Qeyd edək ki, Kosta-Rika millisi ilə 51 matça çıxan Kempbel rəqib qapılarına 10 qol vurmağı bacarıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB