Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Həm "Qəbələ", həm də "Qarabağ" UEFA reytinqinə əsasən, ən zəiflərin yer aldığı 4-cü səbətdə qərarlaşıb.
Bu isə püşkatma zamanı təmsilçilərimizin daha güclü klubların yer aldığı 1, 2 və 3-cü səbətlərdəki komandalara rəqib olacağından xəbər verirdi.
"Qarabağ" J qrupunda "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika) və "Monako" (Fransa) ilə mübarizə aparmalı olacaq. "Qəbələ" isə C qrupunda "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və "Krasnodar"la (Rusiya) qarşılaşacaq.
Səbətlərin tərkibi aşağıdakı kimi idi:
1-ci səbət: "Şalke" (Almaniya), "Borussiya" (Dortmund, Almaniya), "Bazel" (İsveçrə), "Napoli" (İtaliya), "Tottenhem" (İngiltərə), "Ayaks" (Hollandiya), "Vilyarreal" (İspaniya), "Rubin" (Rusiya), "Atletik" (İspaniya), "Sportinq" (Portuqaliya), "Olimpik" (Marsel, Fransa), "Dnepr" (Ukrayna).
2-ci səbət: "Braqa" (Portuqaliya), "Fiorentina" (İtaliya), "Latsio" (İtaliya), "Anderlext" (Belçika), "Liverpul" (İngiltərə), "Alkmaar" (Hollandiya), "Viktoriya" (Çexiya), "Brügge" (Belçika), PAOK (Yunanıstan), "Seltik" (Şotlandiya), "Beşiktaş" (Türkiyə), APOEL (Kipr).
3-cü səbət: "Monako" (Fransa), "Sparta" (Çexiya), "Fənərbağça" (Türkiyə), "Legiya" (Polşa), "Bordo" (Fransa), "Lokomotiv" (Rusiya), "Lex" (Polşa), "Sent Etyen" (Fransa), "Slovan" (Çexiya), "Auqsburq" (Almaniya), "Rapid" (Avstriya), "Krasnodar" (Rusiya).
4-cü səbət: "Partizan" (Serbiya), "Asteras" (Yunanıstan), "Rosenborq" (Norveç), "Belenenseş" (Portuqaliya), "Qarabağ" (Azərbaycan), "Molde" (Norveç), "Dinamo" (Minsk, Belarus), "Qroningen" (Hollandiya), "Sion" (İsveçrə), "Midtyulland" (Danimarka), "Skenderbeu" (Albaniya), "Qəbələ" (Azərbaycan).
Püşkatma nəticəsində 48 klub hərəsində 4 komanda olmaq şərtilə 12 qrupa bölünüb. Hər səbətdən hər qrupda bir komanda yer alıb.
Bütün qrupların tərkibi aşağıdakı kimidir:
A qrupu: "Ayaks" (Hollandiya), "Seltik" (Şotlandiya), "Fənərbağça" (Türkiyə), "Molde" (Norveç).
B qrupu: "Rubin" (Rusiya), "Liverpul" (İngiltərə), "Bordo" (Fransa), "Sion" (İsveçrə).
C qrupu: "Borussiya" (Dortmund, Almaniya), PAOK (Yunanıstan), "Krasnodar" (Rusiya), "Qəbələ" (Azərbaycan).
D qrupu: "Napoli" (İtaliya), "Brügge" (Belçika), "Legiya" (Polşa), "Midtyulland" (Danimarka).
E qrupu: "Vilyarreal" (İspaniya), "Viktoriya" (Çexiya), "Rapid" (Avstriya), "Dinamo" (Minsk, Belarus).
F qrupu: "Olimpik" (Marsel, Fransa), "Braqa" (Portuqaliya), "Slovan" (Çexiya), "Qroningen" (Hollandiya).
G qrupu: "Dnepr" (Ukrayna), "Latsio" (İtaliya), "Sent Etyen" (Fransa), "Rosenborq" (Norveç).
H qrupu: "Sportinq" (Portuqaliya), "Beşiktaş" (Türkiyə), "Lokomotiv" (Rusiya), "Skenderbeu" (Albaniya).
I qrupu: "Bazel" (İsveçrə), "Fiorentina" (İtaliya), "Lex" (Polşa), "Belenenseş" (Portuqaliya).
J qrupu: "Tottenhem" (İngiltərə), "Anderlext" (Belçika), "Monako" (Fransa), "Qarabağ" (Azərbaycan).
K qrupu: "Şalke" (Almaniya), APOEL (Kipr), "Sparta" (Çexiya), "Asteras" (Yunanıstan).
L qrupu: "Atletik" (İspaniya), "Alkmaar" (Hollandiya), "Auqsburq" (Almaniya), "Partizan" (Serbiya).

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB