UEFA Çempionlar Liqasının püşkü atıldı

UEFA Çempionlar Liqasının püşkü atıldı

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb. AZƏRTAC xəbər verir ki, UEFA Çempionlar Liqasında çıxış edəcək 32 komanda aşağıdakı qruplarda mübarizə aparacaq:

"A" qrupu: "Paris Sen-Jermen" (Fransa), "Real" (Madrid, İspaniya), "Şaxtyor" (Donetsk, Ukrayna) və "Malmö" (İsveç).

"B" qrupu: "PSV" (Niderland), "Mançester Yunayted" (İngiltərə), "CSKA" (Moskva, Rusiya) və "Volfsburq" (Almaniya).

"C" qrupu: "Benfika" (Portuqaliya), "Atletiko Madrid" (İspaniya), "Qalatasaray" (Türkiyə) və "Astana" (Qazaxıstan).

"D" qrupu: "Yuventus" (İtaliya), "Mançester Siti" (İngiltərə), "Sevilya" (İspaniya) və "Münhenqladbax" (Almaniya).

"E" qrupu: "Barselona" (İspaniya", "Leverkuzen" (Almaniya), "Roma" (İtaliya) və "BATE" (Belarus).

"F" qrupu: "Bavariya" (Almaniya", "Arsenal" (İngiltərə), "Olimpiakos" (Yunanıstan) və "Dinamo Zaqreb" (Xorvatiya).

"G" qrupu: "Çelsi" (İngiltərə), "Portu" (Portuqaliya), "Dinamo" (Kiyev, Ukrayna) və "Tel-Aviv" (İsrail).

"H" qrupu: "Zenit" (Rusiya), "Valensiya" (İspaniya), "Olimpiq Lion" (Fransa) və "Gent" (Belçika).

Qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinin ilk oyunları sentyabrın 15-16-da keçiriləcək. Bu mərhələnin oyunlarına dekabrın 8-9-da yekun vurulacaq. Qruplarda ilk iki sırada yer alan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

UEFA Çempionlar Liqasının 2015-2016-cı il mövsümünün final qarşılaşması Milandakı "San-Siro" stadionunda keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə