Avropa Liqasında inamla irəliləyən "Qəbələ" bu gün pley-off mərhələsinin cavab matçına çıxıb. "Qırmızı-qaralar" Afinada "Panatinaikos"un qonağı olub. Komandalar arasında Bakıda keçirilən oyunda hesab açılmadığından cütün taleyinə Yunanıstanda aydınlıq gələcəkdi.
Tarixində ilk dəfə pley-off mərhələsinə vəsiqə qazanan Qəbələ təmsilçisi daha bir uğura imza atıb. "Qırmızı qaralar" iki dəfə hesabda irəli çıxsalar da yekunda 2:2 ilə razılaşmalı olublar. Beləliklə "Qəbələ" tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanıb.
23:00. "Panatinaikos" (Yunanıstan) – "Qəbələ" (Azərbaycan) - 2:2 (İkinci hissə)
Qollar: Dodo, 6 (0:1), Markus Berq, 34 (1:1), Dodo, 60 (1:2), Nano, 78 (2:2)
İlk oyun – 0:0
Hakimlər: İvan Krujilak, Tomas Somolani, Tomas Mokoş (hamısı Slovakiya)
Afina. Apostolos Nikolaidis stadionu
"Panatinaikos": Lyuk Stil, Giorgos Koutroumbis, Stathis Tavlaridis, Nano, Serxio Sançes, Bourbos, Zeka (k), Ninis, Daniel Pranyiç ( Mladen Petriç, 66), Nikos Karelis (Kloranidis, 67), Markus Berq
Ehtiyat oyunçular: Kotsolis, Nikos Marinakis, Nikos Kaltsas, Tassos Laqos,Abdul Ayaqun
"Qəbələ": Dmitri Bezotosnı, Stankoviç, Vitali Vernidub, Rikardinyo, Arif Daşdəmirov, Rəşad Sadiqov, Aleksey Qay, Sergey Zenyov, Ermin Zets (Elvin Camalov, 86), Dodo (k) , Aleksey Antonov
Ehtiyat oyunçular: Pietrzkieviç, Məhəmməd Mirzəbəyov, Asif Məmmədov, Samir Zərgərov, Floresku, Qismət Alıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB