Bu gün Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilir. Təmsilçilərimizdən "Qarabağ" qrup mərhələsinə düşmək yolunda son matçına çıxıb.
Ağdam təmsilçisi doğma azarkeşləri önündə "Yanq Boyz"u sınağa çəkib. Səfərdə rəqibinə 1:0 hesabı ilə qalib gələn "Qarabağ" cavab görüşündə də qələbə qazanıb - 3:0. Bununla da Ağdam klubu tarixində ikinci dəfə Avropa Liqasının qrup mərhələsində vəsiqə qazanıb.
Xatırladaq ki, Qurban Qurbanovun komandası ötən mövsüm də Avroliqanın qrup mərhələsində oynamaq hüququ əldə etmişdi.
21:00. "Qarabağ" (Azərbaycan) - "Yanq Boyz" (İsveçrə) - 3:0
Qollar: Riçard Almeyda, 4-pen (1:0), Reynaldo, 43 (2:0), Əfran İsmayılov, 61 (3:0)
Qırmızı vərəqə: Von Bergen, 4 ("Yanq Boyz")
İlk oyun - 1:0
Hakimlər: Gediminas Mazeyka, Vytautas Simkus və Vytenis Kazlauskas (hamısı Litva)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": İbrahim Şehiç, Qara Qarayev (Vüqar Mustafayev,85), Rəşad Sadıqov (k), Riçard Almeyda, Ansi Aqolli, Dani Kintana, Bədavi Hüseynov, Reynaldo, Əfran İsmayılov, ( Raydell Puponu, 71), İlqar Qurbanov, Cavid Tağıyev (Coşqun Diniyev, 78)
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Elvin Yunuszadə, Azər Salahlı, Namiq Yusifov
"Yanq Boyz": Mvogo, Floren Haderqyonay, Milan Vilotiç, Von Bergen (k), Skot Sutter, Leonardo Bertone, Miralem Süleymani ( Rafael Nuzzolo, 65), Denis Zakariya, Aleksandr Qonzalez, Yuya Kubo (Milan Qayiç, 80), Qiyom Oaro (Samuel Afum, 54)
Ehtiyat oyunçular: Marko Völfli, Yan Lekyaks, Roçat, Haris Tabakoviç



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB