“Qalatasaray” “Vest Hem Yunayted”in təklifini ikinci dəfə rədd etdi
İngiltərənin "Vest Hem Yunayted" klubu "Qalatasaray"ın futbolçusu Burak Yılmazı transfer etməkdə israrlıdır. SİA-nın məlumatına görə, sözügedən klub türkiyəli oyunçu üçün 8 milyon avroluq təklif irəli sürüb. Lakin "cim-bom" yenə də futbolçusunun satılmayacağını bildirərək, təklifi rədd edib. Bundan sonra "Vest Hem Yunayted"in hansı addımı atacağı maraqla gözlənilir.
Qeyd edək ki, bu, İngiltərə təmsilçisinin Burak Yılmaz üçün irəli sürdüyü ikinci təklifi idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB