Hacı Əliyev: "Ötənilki titulumu qorumaq üçün əlimdən gələni edəcəyəm" AÇIQLAMA
"Göygöldə yüksək səviyyədə təlim-məşq toplanışı keçirmişik. Dünya çempionatına tam hazırıq". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlmasında sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev (61 kq) deyib. Güləşçi ötənilki dünya çempionu titulunu qorumaq üçün əlindən gələni edəcəyini bildirib: "Orada bizi çətin rəqiblər gözləyir. Saat fərqi, iqlim bizə müəyyən problemlər yarada bilər. Ancaq federasiya rəhbərliyi hər bir incə məqamı da nəzərə alıb. Amerikaya 1 həftə tez yollanacağıq və bu vaxt ərzində uyğunlaşma prosesi keçəcəyik. Bir sözlə, bizim üçün hər cür şərait yaradılıb. Xalçada öz sözümüzü deməyimiz qalır. Ötənilki dünya çempionu titulumu qorumaq üçün əlimdən gələni edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB