Həsən Əliyev: "Fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirik". AÇIQLAMA

Həsən Əliyev: "Fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirik". AÇIQLAMA

"Dünya çempionatına yüksək səviyyədə hazırlaşmışıq. İnanıram ki, həm özüm, həm də komanda yoldaşlarım bizə bəslənən ümidləri doğruldacağıq". SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə yığma komandamızın üzvü Həsən Əliyev (66 kq) deyib. O, dünya çempionatında maksimum nəticə göstərməyə çalışacağını qeyd edib: "Bakıda keçirilən birinci Avropa Oyunlarında bürünc medalla kifayətlənməli oldum. Amma dünya çempionatında bunun təsadüf olduğunu sübuta yetirmək istəyirəm. Rəqiblərimizi məşqçilər heyəti ilə birlikdə təhlil etmişik. Bilirsiniz ki, dünya çempionatında zəif rəqib olmur. Bununla belə, əlimizdən gələni edib, fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq istəyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə