Dünya çempionatında yarışacaq güləşçilərimiz müəyyənləşdi HEYƏTLƏR
ABŞ-ın Las Veqas şəhərində keçiriləcək güləş üzrə böyüklər arasında dünya çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın mətbuat üçün açıq məşqi keçirilib. SİA-nın məlumatına görə, məşqi Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev, vitse-prezident Maqomed Aliomarov və baş katib, olimpiya dərəcəli hakim Əjdər Cəfərov da izləyiblər.
AGF-nin birinci vitse-prezidenti N. Əliyev məşqdən öncə dünya çempionatında mübarizə aparacaq sərbəst və yunan-Roma güləşçilərinin adlarını açıqlayıb. O qeyd edib ki, çempionatda baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında sərbəst güləşçilərimizdən 57 kq çəki dərəcəsində Mahir Əmiraslanov, 61 kq-da Hacı Əliyev, 65 kq-da Toğrul Əsgərov, 70 kq-da Ruslan Dibirhacıyev, 74 kq-da Cəbrayıl Həsənov, 86 kq-da Məhəmmədhacı Xatıyev, 97 kq-da Xetaq Qazyumov, 125 kq-da isə Cəmalləddin Məhəmmədov yarışacaq.
Federasiya rəsmisinin sözlərinə görə, dünya çempionatında ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yunan-Roma güləşçilərimizdən 59 kq çəki dərəcəsində Rövşən Bayramov, 66 kq-da Həsən Əliyev, 71 kq-da Rəsul Çunayev, 75 kq-da Elvin Mürsəliyev, 80 kq-da Rafiq Hüseynov, 85 kq-da Saman Təhmasibi, 98 kq-da Orxan Nuriyev, 130 kq-da isə Sabah Şəriəti təmsil edəcək.
O, güləşçilərimizə tövsiyə və tapşırıqlarını verib, xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, dünya çempionatı sentyabrın 7-dən 12-dək davam edəcək.
Elgün Vidadioğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB