Kassalar önündə azarkeş növbələri yaranıb FOTOLAR

Kassalar önündə azarkeş növbələri yaranıb FOTOLAR

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Yanq Boyz" qarşılaşmasının biletlərinin satışı bugündən başlanılıb. SİA-nın məlumatına görə, bilet satışının ilk günü olmasına baxmayaraq, kassalar önündə azarkeş növbələri yaranıb. Sevincidir haldır ki, azarkeşlərin hər biri bilet satışından razıdır və hər kəs kassaya sıra ilə yaxınlaşaraq biletini alır.

"Qarabağ" FK rəhbərliyi azarkeşlərin oyuna olan böyük marağını nəzərə alaraq kassalarda gücləndirilmiş iş rejiminə keçib. "Qarabağ" FK tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib və kassalar ətrafına polis briqadaları yerləşdirilib. Eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir, azarkeşlərin sıra ilə bilet almasını təmin edir.

"Qarabağ" FK rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə