Avstriyada keçirilən "Vyana Open 2015" beynəlxalq şahmat festivalı başa çatıb. SİA-nın məlumatına görə, 50 ölkədən 850 şahmatçının iştirak etdiyi yarışda Azərbaycanın idman şərəfini Eltac Səfərli, Nərgiz Umudova, Tofiq İsrafilov, Afiq İsrafilov və digərləri təmsil ediblər. Festival A, B, C və D turnirlərindən ibarət olaraq keçirilib.
Festival çərçivəsində, həmçinin Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ilə yerli şahmatçı Markus Ragger arasında 6 oyundan ibarət qarşılaşma baş tutub. Şəhriyar Məmmədyarov 3,5-2,5 hesabı ilə yarışın qalibi olub.
Festivalın "A" turnirində mübarizə aparan təmsilçilərimizdən Eltac Səfərli aktivinə 7 xal yazaraq 6-18-ci yerləri bölüşdürüb. Nərgiz Umudova isə 9 oyundan 5,5 xal toplayıb. "C" turnirində iştirak edən həmyerlilərimiz Tofiq İsrafilov 6,5 xalla 6-cı, Afiq İsrafilov isə 6 xalla 17-ci yerin sahibi olub.
Yarış İsveçrə sistemi üzrə keçirilib və 9 turdan ibarət olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB