Avro-2016-nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də, saat 21:00-da, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya oyununa bilet satışı davam edir. SİA-nın məlumatına görə, biletləri "Bakcell Arena"nın kassaları, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən "Bakcell" Müştəri Xidmətləri mərkəzindən əldə etmək mümkündür. Biletlərin online satışı www.tickets.affa.az saytında da həyata keçirilir.
Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 AZN-dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB