"Biz gözlədiyimizdən də ağır, çətin oyun alındı. "İnter"in oturuşmuş heyəti, özünəməxsus oyun tərzi var". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının 3-cü turunda keçirilən "Zirə" - "İnter" (0:0) oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Adil Şükürov deyib. O, qarşılaşmanı belə şərh edib: "Zirə" hər keçən tur öz oyununu sərgiləməyə çalışır. Bu yolda bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Bu gün açıq futbol sərgilədik. Həm rəqibin, həm də bizim qol imkanlarımız vardı. Etiraf edim ki, oyunun sonlarında bir qədər boşluqlar buraxdıq. Buna rəğmən, 1 xal qazana bildik. Qarşıdakı oyunlara hazırlaşmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB