Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini gerçəkləşdirmək niyyətindədir. SİA-nın məlumatına görə, sözügedən klub "Valensiya"da çıxış edən Sofian Fequli üçün qarşı tərəfə 8 milyon avro ödəməyə hazırdır. "Yarasalar"ın əlcəzairli futbolçu barədə qərarını 24 saat ərzində açıqlayacağı bildirilir.
Qeyd edək ki, transfer baş tutarsa, bu, "Fənərbaxça"nın "Valensiya"dan aldığı ikinci oyunçu olacaq. Bundan öncə isə Mehmet Topal "bülbüllər"lə razılığa gəlmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB