"Neftçi"nin Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. SİA-nın məlumatına görə, sonuncu dəfə aprelin 5-də "Simurq"la səfər qarşılaşmasında (1:0) qalib gələn paytaxt təmsilçisi 140 gündən sonra qələbə qazanıb. Samir Əliyevin yetirmələri uğursuz seriyanı III turun "Sumqayıt"la ev oyununda (2:1) qırıb. Bu müddətdə 9 qarşılaşma keçirən "ağ-qaralar" 5 dəfə heç-heçə edib və 4 dəfə məğlub olub. Azərbaycan çempionatlarının tarixində özünün ən uzun qələbəsiz seriyasını rəsmiləşdirən "Neftçi" bu qarşılaşmalarda 8 qol vurub, 16-nı buraxmışdı.
4 aydan artıqdır ki, davam edən bu antirekorda qədər paytaxt klubunun ən uzun qələbəsiz seriyası 5 oyunu əhatə edirdi. Belə seriyaya ölkə çempionatlarında 5 dəfə təsadüf olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB