İspaniya La Liqasında I turun görüşləri davam edir. SİA-nın məlumatına görə, turun ikinci oyun günündə çempionatın favoritləri ilk oyunlarını keçiriblər. "Barselona" Superkubokda məğlub olduğu "Atletik Bilbao"nu minimal hesabla məğlub edərək, çempionata 3 xalla başlayıb-0:1.
"Barselona"nın əzəli rəqibi "Real Madrid" isə La Liqaya yeni yüksələn "Sportinq" (Xixon) klubu ilə bacarmayıb və matçda qolsuz bərabərlik qeydə alınıb.
Qeyd edək ki, ilk tura bu gün keçiriləcək "Qranada" - "Eybar" matçı ilə yekun vurulacaq.
23 Avqust:
İspaniya La Liqası
"Atletik Bilbao" - "Barselona" 0:1
Qol: 54, Suares
"Sportinq" - "Real Madrid" 0:0
"Levante" - "Celta" 1:2
Qollar: 41, Orallano, 55, Verza, 75, Lopez (avtoqol)
"Betis" - "Vilyareal" 1:1
Qollar: 31, Soldado, 87, Kastro
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB