"Qarabağ" komandasını qələbə münasibəti ilə təbrik edir, onlara Avropa Liqasında uğurlar arzu edirəm". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının III turunda keçirilən AZAL - "Qarabağ" (0:2) oyunundan sonra "təyyarəçilər"in baş məşqçisi Tərlan Əhmədov deyib. Baş məşqçi matçı belə şərh edib: "Biz bu gün məğlub olduq. Komanda uduzursa, burada günahkar məşqçidir. Komandamızın potensialı olsa da, problemlərimiz çoxdur. Həmin problemi yoluna qoymalıyıq. Futbol aqressiv oyundur. Hakimlik barədə danışmaq istəmirəm. Amma açığını deyim ki, bundan sonra susmayacağam. Hazırda klubumuz ağır günlərini yaşayır. Hakimlərin belə vəziyyətdə etdiyi səhvlərə dözə bilmirəm. Mənim heç bir şəxslə prinsipim yoxdur. Sadəcə, ədalət tərəfdarıyam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB