"Bizim üçün hər bir qələbə vacibdir. Çempionatın startında hər bir komanda istəkli olur". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının III turunda keçirilən AZAL - "Qarabağ" (0:2) oyunundan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, qarşılaşma barədə bunları deyib: "Bu gün rəqib bizə çətin anlar yaşatdı. Düşünürəm ki, xeyli dəyişikliklərin fonunda səhvlərimiz çox idi. Bu səhvləri aradan qaldırmaq mümkündür. Gündən-günə sayı çoxalan azarkeşlərimizə təşəkkür edirəm.
Mənə elə gəlir ki, heç bir oyunçu üçün getdiyi komandada tez bir zamanda özünü yaxşı tərəfdən göstərmək asan deyil. Sadəcə, deyim ki, yeni oyunçular çox istəklidirlər. Hesab edirəm ki, futbolçular faydalı olacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB