19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş "Baltic Cup" turnirinin qalibi olub. SİA-nın məlumatına görə, turnirin son oyununda Estoniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız böyükhesablı qələbə qazanıb - 5:0. Nigar Cəlillinin dubl etdiyi oyunda hərəyə 1 dəfə Kristina Bakarandze, Yaiza Relea və Natalia Rodelgo fərqlənib.
Xatırladaq ki, yığmamız turnirdəki ilk oyununda litvalı həmyaşıdlarını 1:0, növbəti qarşılaşmada isə Latviya komandasını 4:0 hesabı ilə məğlub etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB