"Oyun maraqlı keçdi. Biz 20 günə komanda formalaşdırmışıq". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının III turunda keçirilən "Xəzər Lənkəran" - "Rəvan" oyunundan sonra (1:1) qonaqların baş məşqçisi Emin Quliyev deyib. Mütəxəssis komandasında çatışmayan cəhətlərin olduğunu vurğulayıb: "Çatışmayan cəhətlərimiz çoxdur. Bunların üzərində işləmək lazımdır. Mən hakimlərdən çox narazıyam. Məncə, penalti yox idi. Bunu aydınlaşdırarıq. Amma baxanlar penaltinin olmadığını deyir. Ümumilikdə götürsək, komandamı 1 xal münasibəti ilə təbrik edirəm. "Xəzər Lənkəran" komandasına isə uğurlar arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB