Yunis Hüseynov: “Matçın ağır keçəcəyini bilirdik" AÇIQLAMA

Yunis Hüseynov: “Matçın ağır keçəcəyini bilirdik" AÇIQLAMA

"Matçın ağır keçəcəyini bilirdik. Yaxşı hazırlaşmışdıq, 3 xal qazanmaq istəyirdik". SİA-nın məlumatına görə, bu sözləri Topaz Premyer Liqasının III turunda keçirilən "Xəzər Lənkəran" – "Rəvan" görüşündən sonra (1:1) cənub təmsilçisinin baş məşqçisi Yunis Hüseynov deyib. O, qarşılaşmanı belə şərh edib: "İkinci hissə başlayan kimi qırmızı vərəqə aldıq. Bütün bunlara baxmayaraq, gənc futbolçular toparlandılar və 1 xal qazandılar. Qarşıda ağır oyunlarımız var. Həmin qarşılaşmalara hazırlaşacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə