284 saylı tam orta məktəbin futbol meydançasında Binəqədi rayonu ərazisində məskunlaşmış Şuşa rayonunun yeniyetmələri arasında məhəllələrarası mini-futbol turnirinə start verilib. SİA-nın məlumatına görə, yarışın rəsmi açılış mərasimində Şuşa rayonu Gənclər və İdman İdarəsinin rəisi Nadir Bayramov, Binəqədi rayonu Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, BŞGİBİ-nin baş məsləhətçisi Salman Əbdülov və digərləri iştirak ediblər. Çıxış edənlər futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika Prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı"nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu, həmçinin bir çox məktəblərin nəzdində süni ot örtüyü ilə döşənmiş mini-futbol meydançalarının yüksək səviyyədə tikilib istifadəyə verildiyini bildiriblər.
Turnirin sonunda qalib komandaların üzvləri müvafiq dərəcəli diplomlar, futbol formaları və kubokla təltif olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB