İspaniyanın "Real Madrid" klubu daha bir futbolçu ilə müqavilə müddətini uzadıb. SİA-nın məlumatına görə, Madrid təmsilçisi portuqaliyalı mərkəz müdafiəçisi Pepe ilə müqaviləni 2017-ci ilə qədər artırıb. Ötən mövsüm "Real Madrid"in heyətində 35 matça çıxan portuqal müdafiəçi 2 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, "kral klubu" bundan öncə digər mərkəz müdafiəçisi Sergio Ramosla da yeni müqavilə imzalamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB