“Mançester Siti”nin futbolçusu 1 ay yaşıl meydanlardan kənarda qalacaq

“Mançester Siti”nin futbolçusu 1 ay yaşıl meydanlardan kənarda qalacaq

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Pablo Zabaleta zədələnib. SİA-nın məlumatına görə, dizindən zədə alan argentinalı cinah müdafiəçisi 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Sözügedən futbolçu məşq zamanı uğursuzluq yaşayıb.

Qeyd edək ki, 3-cü turda səfərdə "Everton"la matçda "Mançester Siti"də Zabaletanın mövqeyində Bakari Sanyanı oynadacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə