Ümumdünya Boks Seriyası (WSB) liqasının altıncı mövsümünün püşkü atılıb. WSB-nin saytı xəbər verir ki, Venesuelada keçirilən tədbirdə Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) prezidenti Çinq Ko Vu çıxış edərək yeni mövsümdə maraqlı mübarizənin aparılacağını bildirib.
AİBA prezidenti çempionatda 16 komandanın hərəsində dörd klub olmaqla dörd qrupda mübarizə aparılacağını diqqətə çatdırıb. Hər qrupdan iki komandanın növbəti mərhələyə vəsiqə qazanacağını deyib.
"Baku Fires" "D" qrupunda Qazaxıstanın "Astana Arlans", "Puerto Riko Hurricanes" və Özbəkistan klubları ilə yarışacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB