Qızlarımız “Baltic Cup” turnirində ilk qələbəsini qazanıb

Qızlarımız “Baltic Cup” turnirində ilk qələbəsini qazanıb

Futbol üzrə 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Riqada keçirilən "Baltic Cup" turnirində ilk oyununu qələbə ilə başa vurub. AFFA-dan bildiriblər ki, Litvanın müvafiq yaş qrupundan ibarət yığmasını 1:0 hesabı ilə məğlub edən komandamızın qələbə topunu Yaiza Relea vurub.

Yığmamız növbəti oyununu avqustun 22-də Latviya komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə