U-19 (qızlar) ilk oyunda qələbə qazanıb

U-19 (qızlar) ilk oyunda qələbə qazanıb

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş "Baltic Cup" turnirində ilk oyununu keçirib. SİA-nın məlumatına görə, Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb - 1:0. Qolu Yaiza Relea vurub.

Yığmamız növbəti oyununu avqustun 22-də Latviya komandasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə