Yığma komandamız Çexiya millisinə məğlub olub

Yığma komandamız Çexiya millisinə məğlub olub

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Estoniyanın Parnu şəhərində təşkil olunmuş Avro Liqanın Super Final mərhələsində ikinci oyununu keçirib. SİA-nın məlumatına görə, Çexiya yığması ilə qarşılaşan millimiz 4:5 hesabı ilə məğlub olub. Futbolçularımızdan Sabir Allahquliyev dubl edib. Hərəyə 1 dəfə Ramil Əliyev və Amid Nəzərov fərqlənib.

Xatırladaq ki, millimiz turnirdəki ilk oyununda Rumıniya yığmasına 5:6 hesabı ilə uduzmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə