İspaniyanın "Atletiko Madrid" klubu uruqvaylı müdafiəçi Dieqo Qodinlə müqaviləni yeniləyib. SİA-nın məlumatına görə, Madrid təmsilçisi Qodin ilə müqavilə müddətini 2019-cu ilə qədər uzadıb.
Qeyd edək ki, uruqvaylı oyunçu 2010-cu ildə "Vilyareal" klubundan 8 milyon avro müqabilində "Atletiko Madrid"ə keçib. Bundan başqa, Qodin Madrid təmsilçisinin heyətində İspaniya çempionu olub, Çempionlar Liqasının final matçında oynayıb. Futbolçu meydana çıxdığı 212 matçda rəqib qapılarına 18 dəfə yol tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB