İngiltərənin "Çelsi" klubu daha iki futbolçunu transfer etmək niyyətindədir. SİA-nın məlumatına görə, zadəganlar "Yuventus"un yarımmüdafiəçisi Paul Poqba və "Everton"dan Con Stounu heyətinə qatmaq istəyirlər. "Çelsi" Poqba üçün "Qoca Sinyora"ya 60 milyon pound ödəməyə hazırdır. Bundan başqa, sözügedən klub Con Stoun üçün də 40 milyon pound təklif irəli sürüb.
Qeyd edək ki, "Çelsi" ümumilikdə bu yay transferlərə 63 milyon avro xərcləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB