Qurban Qurbanov: "Bakıda daha fərqli oyun olacaq" AÇIQLAMA

Qurban Qurbanov: "Bakıda daha fərqli oyun olacaq" AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ağdamın "Qarabağ" klubu UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində səfərdə İsveçrə təmsilçisi "Yanq Boys"la qarşılaşıb və 0:1 hesablı qələbə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Qurban Qurbanov qarşılaşma barədə fikirlərini bildirib. SİA-nın məlumatına görə, o, qarşılaşma barədə bunları deyib: "Rəqib bizə çox çətin anlar yaşatdı. "Yanq Boys"un oyun üslubu bizə çox yad və çətin bir üslub idi. Cavab qarşılaşması bu oyundan da çətin olacaq. Bakıda daha fərqli oyun olacaq. Rəqib 90 dəqiqə hücum edəcək. Rəqibin heyətində oyunun nəticəsini dəyişməyə qadir futbolçular var".

Bütün xəbərlər Facebook səhifəmizdə