Federasiya kubokunun qalibləri müəyyənləşib

Federasiya kubokunun qalibləri müəyyənləşib

Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) 2015-ci il üçün təqvim planına əsasən, Veloparkda kriterium ötüşmələri üzrə federasiya kuboku yarışı keçirilib. Federasiyadan bildiriblər ki, iki gün davam edən yarışda AVİF-in nəzdində fəaliyyət göstərən klub və cəmiyyətlərin 70-dən artıq idmançısı mübarizə aparıb. Bundan başqa, yarışda həvəskar velosipedçilərdən ibarət "Cyclemania" qrupunun üzvləri də iştirak ediblər.

Reqlamentə əsasən Elit, U-23 və gənclər kateqoriyasında yarışan velosipedçilər uzunluğu 1600 metr olan dairəvi marşrut boyunca 30, U-17 yaş qrupunda 16, U-15 yaş qrupunda isə səkkiz dövrə vurublar. Hər üç yaş kateqoriyasında qalib adını 8 saylı İdman Olimpiya Məktəbinin təmsilçiləri qazanıblar.

Mükafatçılar federasiya tərəfindən medal, diplom, kubok və pul mükafatı ilə təltif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə