UEFA İntizam Komitəsi Türkiyənin "Fənərbaxça" klubunun baş məşqçisi Vitor Pereyranı 2 oyunluq cəzalandırıb. SİA-nın məlumatına görə, buna səbəb portuqal məşqçinin Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində keçirilən "Şaxtyor" - "Fənərbaxça" matçında rəqib komandanın futbolçusu Fred ilə mübahisə etməsi olub.
İki oyunluq cəza səbəbindən Pereyra "Fənərbaxça"nın Avropa Liqasında oynayacağı "Atromitos" ilə hər iki matçını tribunadan izləməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB