"Neftçi" klubu Peşəkar Futbol Liqasına müraciət edərək, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Xorvatiya oyunu ilə əlaqədar olaraq, ev oyunlarını keçirdiyi "Bakcell Arena" stadionunun təmirə bağlanacağını bildirib. SİA-nın məlumatına görə, bu səbəbdən klub Topaz Premyer Liqasının III turunda "Sumqayıt"la matçın İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilməsinə icazə verilməsini xahiş edib. Yuxarıda göstərilənləri nəzərə alan PFL "Neftçi" - "Sumqayıt" matçının məkanını və vaxtını dəyişib. Belə ki, matç "Bakcell Arena"da deyil, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda reallaşacaq. Oyun avqustun 23-də saat 18:30-da başlanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB