"Qəbələ" - "Panatinaikos" matçına bilet qalmadı

"Qəbələ" - "Panatinaikos" matçına bilet qalmadı

Avropa Liqasının pley-off mərhələsi çərçivəsində sabah keçiriləcək "Qəbələ" - "Panatinaikos" oyununa bilet satışı başa çatıb. Qarşılaşmaya bir gün qalsa da, kassalarda artıq bilet qalmayıb. Satışa çıxarılan 8800 biletin hamısı satılıb.

"Qəbələ" - "Panatinaikos" matçı sabah "Bakcell Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Afinada oynanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə