"Barselona" da ilk 11-lik də yer ala bilməyən Pedro Rodrigez İngiltərə Premyer Liqasında oynayacaq. SİA-nın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, "Mançester Yunayted"in idman direktoru Ed Vudvard bu məqsədlə "Barselona"ya gəlib. Məlumata görə, "qırmızı şeytanlar" Pedro üçün Kataloniya klubuna 30 milyon avro ödəyəcək. İspaniyalı futbolçu yeni klubunda ilinə 5 milyon avro qazanacaq.
Qeyd edək ki, Pedro üçün "Mançester Siti" klubu 32 milyon avroluq təklif irəli sürsə də, ispan futbolçu "Mançester Yunayted"də oymağa üstünlük verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB