"Real Madrid"dən yeni transfer

"Real Madrid" növbəti transferini gerçəkləşdirib. SİA-nın məlumatına görə, klub xorvat futbolçu Kovaçiç ilə anlaşıb. Oyunçu bu gün həkim müayinəsindən keçdikdən sonra "Santiyaqo Bernabeu"da mətbuat nümayəndələrinin önünə çıxacaq. İspaniya mediasının iddiasına görə, "kral klubu" xorvat oyunçu üçün 35 milyon avro ödəyib.

Xatırladak ki, 21 yaşlı gənc futbolçu bundan öncə forma geyindiyi "İnter" klubunda 44 matçda 8 qol vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə