“Fənərbaxça” “Çelsi”nin müdafiəçisini transfer etmək istəyir

“Fənərbaxça” “Çelsi”nin müdafiəçisini transfer etmək istəyir

"Fənərbaxça" klubu "Çelsi"nin müdafiəçisi Con Terri ilə maraqlanır. SİA-nın İngiltərə mətbuatına istinadən verdiyi məlumata görə, Türkiyə klubu 34 yaşlı müdafiəçi üçün 3,5 milyon avroluq təklif irəli sürmək niyyətindədir.

Qeyd edək ki, "Çelsi"nin heyətində 641 matça çıxan ingilis futbolçu 62 qol vurub və 28 qol ötürməsi ilə yadda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə