Qrossmeysterimiz “Vyana Open – 2015”də birinci partiyada qalib gəlib

Qrossmeysterimiz “Vyana Open – 2015”də birinci partiyada qalib gəlib

Bu gün Avstriyada "Vyana Open – 2015" Beynəlxalq turniri çərçivəsində Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarovla yerli şahmatçı Markus Raqqer arasında altı partiyadan ibarət matç start götürüb.

Birinci partiyada ağ fiqurlarla oynayan Şəhriyar Məmmədyarov 26-cı gedişdə qalib gəlib. Qrossmeysterlər arasında matç avqustun 22-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə