Erik Ramos: "Əmin ola bilərsiniz ki, məqsədimizə çatacağıq” AÇIQLAMA

Erik Ramos: "Əmin ola bilərsiniz ki, məqsədimizə çatacağıq” AÇIQLAMA

"İnter"lə oyunun çətin keçəcəyini bilirdik. Erkən azlıqda qalmağımız oyunumuza mənfi təsir göstərdi". SİA-nın məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın yarımmüdafiəçisi Erik Ramos klubun rəsmi saytına açıqlamasında deyib. O, qarşılaşmanı belə şərh edib: "Hücumda istədiyimizi nümayiş etdirə bilmədik. Nəticə qazanmağı hamı kimi biz də istəyirik. Komandamız yeni qurulub. Azarkeşlərin bizdən qələbə gözlədiyini bilirik. Çünki onlar ən çətin anlarda belə yanımızda olurlar. İstərdim ki, bir az səbrli olsunlar. Çempionatda cəmi iki tur oynanılıb. İndidən turnir cədvəlindəki yerimiz barədə qərar vermək çox tezdir. Əsas odur ki, komandamızda birlik və özünəinam var. Əmin ola bilərsiniz ki, məqsədimizə çatacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə