Dünya Kubokunun püşkü atıldı RƏQİBLƏR

Dünya Kubokunun püşkü atıldı RƏQİBLƏR

Sentyabr ayının 10-da Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda püşkatmanın nəticələri məlum olub. SİA-nın məlumatına görə, Dünya Kubokunda 128 şahmatçı qələbə uğurunda mübarizə aparacaq. Ölkəmizi bu ilki Dünya Kubokunda 6 şahmatçı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər. Püşkatmaya görə ilk raundda Şəhriyar Məmmədyarov iranli İdani Pouya, Teymur Rəcəbov ABŞ təmsilçisi Samuel Sevian, Rauf Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayer, Qədir Hüseynov rusiyalı Maksim Matlakov, Vasif Durarbəyli Ukrayna şahmatçısı Anton Korobov və nəhayət Eltac Səfərli isə Macarıstan təmsilçisi Ksaba Balogla qarşılaşacaq.

Qaydalara əsasən qalib iki klassik oyunun nəticəsinə görə müəyyən olunur və növbəti raunda vəsiqə qazanır. Əgər hər iki görüşün nəticəsində qalib bilinməsə, növbəti gün tay-brekdə müəyyən olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə