Danteni transfer etmək niyyətində olan "Qalatasaray" klubu digər futbolçularla da danışıqlar aparır. SİA-nın məlumatına görə, belə futbolçulardan biri uzun zamandır ki, "cim-bom"un gündəmində yer alan "Dnepr"in müdafiəçisi Duqlasdır. Ukrayna təmsilçisi Duqlas üçün "Qalatasaray"dan 7 milyon avro istəyir. Türkiyə klubu isə qarşı tərəfə 3 milyon avroluq təklif irəli sürərək, "Dnepr"in geri addım atacağına ümid edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB